Gülsel Səfərova: Əlimizdə erməni barbarlığı barədə xeyli sayda faktlar varbackend

Gülsel Səfərova: Əlimizdə erməni barbarlığı barədə xeyli sayda faktlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Human Rights Watch bir neçə gün əvvəl Azərbaycanın guya erməni əsirlərə qarşı olan etdiyi işgəncələrin təcili dayandırılması barədə material dərc edib. Qısası, Azərbaycanı humanitar hüququ yerinə yetirməyə çağırıb. Məsələ odur ki, yenə ermənilər xarici təşkilatların əli ilə Azərbaycanı dünyaya barbar xalq kimi təqdim etməyə çalışırlar. Münaqişə dini və etnik zəmində baş verməyib. Amma xristian Qərbində belə məlumatlar xüsusi həssaslıqla qarşılanır. Son 1 həftədə Ermənistan hazırda bütün informasiya yalan maşınlarını azərbaycanlıları vəhşi kimi qələmə verməyə yönəldir. Bunun effekt verməməsi üçün əks-təbliğat işlərinə başlanması zəruridir. Əlimizdə erməni barbarlığı barədə xeyli sayda faktlar var. Elə dağıdılmış ərazilər, əsirlər və Xocalı soyqırımı barədə mütəmadı dünya mətbuatı və təşkilatlara göndərilməli və erməni yalan maşının ifşa edilməlidir.

Gülsel Səfərova